KKTC xarici işlər naziri TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib
Tarix
Baxış
3
27 noyabr 2025-ci il tarixində Şimali Kipr Türk Respublikasının (KKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi səfir Ramil Həsənə nəzakət ziyarəti edib.
KKTC-nin Bakı nümayəndəliyinin rəhbəri səfir Ufuk Turqaner və üçüncü katib Görkem Reisin iştirakı ilə səmimi mühitdə baş tutan görüş türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi və KKTC-nin tanınılmasının daha da gücləndirilməsi məsələsinin müzakirəsi üçün mühüm platforma rolunu oynayıb.
Bakıda rəsmi səfərdə olan nazir Tahsin Ertuğruloğlu TÜRKPA Beynəlxalq Katibliyində səmimi qəbula görə böyük məmnunluq duyduğunu ifadə edib. O, Assambleyanın fəaliyyətində KKTC-nin fəal iştirakının və təmsilçiliyinin artırılmasında göstərdiyi davamlı dəstəyə və konstruktiv səylərinə görə Baş katib səfir Ramil Həsənə təşəkkürünü bildirib.
Baş katib səfir Ramil Həsən öz növbəsində xarici işlər naziri Tahsin Ertuğruloğlunu TÜRKPA Beynəlxalq Katibliyində salamlamaqdan şərəf və məmnunluq duyduğunu bir daha vurğulayıb. Baş katib Ramil Həsən gələcəkdə də əməkdaşlığın inkişafına və KKTC-nin ev sahibliyi etdiyi görüşlərin qarşıdakı dövr ərzində də davam edəcəyinə inamını ifadə edib. O, həmçinin TÜRKPA Katibliyi tərəfindən KKTC Cümhuriyyət Məclisinin Assambleyanın tədbirlərində fəal iştirakının bundan sonra da hərtərəfli dəstəklənəcəyini vurğulayıb.
Görüşdə TÜRKPA-nın komissiya katibi Kadir Yaman, Protokol xidmətinin rəisi Yadigar Məmmədov, Araşdırma üzrə ekspert Kamila Müzəffərli və Baş katibin köməkçisi Tahmina Bakiyeva iştirak ediblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026