KKTC Prezidenti TÜRKPA Baş katibini qəbul edib
Tarix
Baxış
3
20 noyabr 2025-ci il tarixində Kuzey Kıbrıs Türk Cumhuriyyətinin (KKTC) Prezidenti cənab Tufan Erhürman Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Baş katib cənab Ramil Həsən səfərləri çərçivəsində TÜRKPA-ya üzv dövlətlərin Xarici İşlər Nazirləri və Parlament sədrləri ilə səmərəli görüşlər keçirdiyini, həmin görüşlərdə gələcəkdə KKTC-yə müvafiq dəstəyin göstərilməsi barədə fikir mübadiləsinin aparıldığını vurğulamış, eyni zamanda KKTC-nin Assambleyanın mühüm tədbirlərində fəal iştirakının dəstəklənəcəyini diqqətə çatdırmışdır.
Cənab Həsən TÜRKPA-nın son dövrdə həyata keçirdiyi əsas təşəbbüsləri Prezidentin diqqətinə çatdırmış, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının rəhbərliyi ilə Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşündə KKTC-yə göstərilən yüksək səviyyəli dəstəyi xüsusi olaraq qeyd etmiş və Assambleyanın səlahiyyətləri çərçivəsində KKTC-nin gələcək fəaliyyətlərinə hərtərəfli dəstək göstərməyə hazır olduğunu vurğulamışdır.
Baş katib, TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri cənab Yerlan Koşanovun rəhbərliyi ilə Assambleyanın 2026-cı il üçün mühüm və strateji əhəmiyyətli təşəbbüsləri hazırladığını və bu təşəbbüslərdə KKTC nümayəndələrinin fəal iştirakının önəmli rol oynadığını xüsusi olaraq qeyd edib.
Baş katib cənab Ramil Həsən səfərləri çərçivəsində TÜRKPA-ya üzv dövlətlərin Xarici İşlər Nazirləri və Parlament sədrləri ilə səmərəli görüşlər keçirdiyini, həmin görüşlərdə gələcəkdə KKTC-yə müvafiq dəstəyin göstərilməsi barədə fikir mübadiləsinin aparıldığını vurğulamış, eyni zamanda KKTC-nin Assambleyanın mühüm tədbirlərində fəal iştirakının dəstəklənəcəyini diqqətə çatdırmışdır. Cənab Prezident həmçinin Türk Dövlətlərinin KKTC-nin haqlı fəaliyyətinə beynəlxalq hüquq normaları çərçivəsində bundan sonra da dəstək göstərəcəyinə, TDT çərçivəsində həyata keçirilən layihələrdə KKTC-nin aktiv iştirakının davam edəcəyinə və KKTC Məclisinin TÜRKPA-nın 2026-cı il üçün nəzərdə tutulmuş fəaliyyətlərində özünəməxsus rol oynayacağına inamını xüsusi olaraq vurğulayıb.
Görüşdə Baş katibin müavinləri Talqat Aduov və Muhammet Alper Hayali, eləcə də Beynəlxalq Katibliyin əməkdaşı Ələsgər Ağayev iştirak ediblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026