TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
KKTC Məclisinin sədri TÜRKPA Baş katibini qəbul edib

KKTC Məclisinin sədri TÜRKPA Baş katibini qəbul edib

Tarix
Baxış
3
20 noyabr 2025-ci il tarixində Kuzey Kıbrıs Türk Cumhuriyyətinin (KKTC) Məclisinin sədri cənab Ziya Öztürkler Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı son illər ərzində KKTC Məclisinin TÜRKPA-dakı müşahidəçi statusu çərçivəsində həyata keçirilmiş fəaliyyətin önəmi qeyd olunmuş, eləcə də 28–31 may 2025-ci il tarixlərində KKTC-də TÜRKPA Qadın Parlamentariləri Qrupunun çərçivəsində təşkil edilmiş Türk Qadın Parlamentarilərinin 1-ci Zirvə Görüşünün uğurla nəticələnməsi xüsusi vurğulanmışdır. Bununla yanaşı, gələcəkdə bu kimi digər beynəlxalq tədbir və layihələrin də KKTC-də keçirilməsinin vacibliyi və əhəmiyyəti diqqətə çatdırılmışdır. Baş katib cənab Ramil Həsən TÜRKPA-nın gələcək fəaliyyətində, o cümlədən plenar iclaslar, komitə iclasları və Parlament sədrlərinin qeyri-rəsmi toplantısı kimi nəzərdə tutulmuş mühüm tədbirlər çərçivəsində KKTC Məclisinin fəal iştirakına və təşəbbüslərinə TÜRKPA tərəfindən dəstək veriləcəyini də vurğulamışdır. Cənab Həsən TÜRKPA-nın son dövrdə həyata keçirdiyi əsas layihələr barədə məlumat verib. O, Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının rəhbərliyi ilə Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşündə Kuzey Kıbrıs Türk Cumhuriyyətinə göstərilən yüksək səviyyəli dəstəyi xüsusi vurğulayıb. Baş katib, həmçinin KKTC-nin TÜRKPA ilə müşahidəçi statusu çərçivəsində faydalı və dinamik əməkdaşlığından bəhs edərək Assambleyanın səlahiyyətləri daxilində KKTC-yə gələcək fəaliyyətlərində mümkün olan bütün dəstəyi göstərməyə hazır olduğunu qeyd edib. Cənab Ramil Həsən TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri cənab Yerlan Koşanovun rəhbərliyi ilə Assambleyanın 2026-cı il üçün mühüm, strateji və irimiqyaslı təşəbbüslər planlaşdırdığını qeyd edib. O, bu təşəbbüslərin bir çoxunda KKTC nümayəndə heyətinin də aktiv şəkildə iştirak edəcəyinə ümid etdiyini bildirib. Öz növbəsində Məclis sədri cənab Ziya Öztürkler TÜRKPA tərəfindən göstərilən hərtərəfli dəstəyə və həyata keçirilən səfərə görə Baş katibə xüsusi təşəkkürünü ifadə etmişdir. O, KKTC-nin Türk millətinin ayrılmaz bir parçası olduğunu vurğulayaraq Türk Dünyası ilə əlaqələrin genişləndirilməsi, habelə qarşılaşdıqları məsələlərin beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində TÜRKPA-nın fəaliyyətindən məmnunluğunu qeyd etmişdir. Cənab Öztürkler, həmçinin KKTC-yə göstərilən dəstəyin ardıcıl və davamlı şəkildə sürəcəyinə inamını ifadə etmişdir. Görüş zamanı gələcək əməkdaşlıq istiqamətləri və birgə fəaliyyət imkanları da müzakirə olunmuşdur. Görüşdə Baş katibin müavinləri Talqat Aduov və Muhammet Alper Hayali, Beynəlxalq Katibliyin əməkdaşı Ələsgər Ağayev iştirak edib.