TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Katiblik hüquq ekspertlәrinin iclasına ev sahibliyi etmişdir

Katiblik hüquq ekspertlәrinin iclasına ev sahibliyi etmişdir

Tarix
Baxış
2
21-22 fevral, 2019-cu il tarixində TÜRKPA-nın hüquqi bazasının təkmilləşdirilməsi üzrə hüquq ekspertlərinin ilk iclası Bakı şəhərində TÜRKPA-nın binasında keçirilmişdir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə parlamentlərindən olan ekspertlər, eləcə də TÜRKPA Katibliyinin nümayəndələri iclasda iştirak etmişdir. İştirakçılar TÜRKPA-nın hüquqi sənədlərinin mövcud vəziyyətini nəzərdən keçirmiş və Reqlament, Katibliyin Əsasnaməsi və Seçki Müşahidəsinin yeni Əsasnaməsi kimi baxılmış hüquqi sənədlər üzrə müzakirələr aparmışdır. Hüquq ekspertlərinin növbəti ikinci görüşünün 2019-cu ilin aprel ayının ikinci hissəsində keçirilməsi nəzərdə tutulmuşdur.