TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
İzmirdә Assambleya Şurası toplandı

İzmirdә Assambleya Şurası toplandı

Tarix
Baxış
3
20 noyabr, 2018-ci il tarixində Türkiyənin İzmir şəhərində Assambleya Şurasının Səkkizinci iclası keçirilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədov, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri cənab Nurlan Niqmatulin, Qırğızıstan Respublikası Joqorku Keneşinin Sədri cənab Dastanbek Jumabekov və Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Binali Yıldırım iclasda iştirak etmişdir. Şura öz işinə TÜRKPA Sədrliyinin Qırğızıstan Respublikası Joqorku Keneşindən Türkiyə Böyük Millət Məclisinə təhvil verilmə mərasimi ilə başlamışdır. Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Binali Yıldırım Qırğız həmkarına Qırğızıstanın TÜRKPA Sədrliyi dövründə məhsuldar fəaliyyətinə görə öz təşəkkürünü bildirmişdir. Şura TÜRKPA-nın 2019-2021-ci illər üçün Strateji Planını, eləcə də 2019-cu il üçün Fəaliyyət Planını qәbul etmişdir.