İstanbulda “Qazaxıstan EXPO-2017 Astana” konfransı təşkil edilmişdir
Tarix
Baxış
2
11 may, 2017-ci il tarixində İstanbulda Qazaxıstan Respublikasının Ankaradakı Səfirliyi və Türk Səyahət Agentlikləri Assosiasiyasının (TURSAB) birgə təşkilatçılığı ilə “Qazaxıstan EXPO-2017 Astana” konfransı keçirilmişdir.
Qazaxıstanın Türkiyədəki səfiri cənab Abzal SAPARBEKULI konfransda açılış nitqi ilə çıxış etmişdir. O, Qazaxıstan və Türkiyə arasında əlaqələr haqqında məlumat vermişdir. Daha sonra səfir mövzusu “Gələcəyin enerjisi” olan EXPO-2017 haqqında məlumat vermiş və Qazaxıstanın zəngin turizm potensialı haqqında danışmışdır.
Açılış nitqindən sonra Qazaxıstanın aparıcı səyahət agentliklərinin rəhbərləri çıxış edərək EXPO-2017 ərzində həyata keçiriləcək layihələr üzrə təqdimatlar etmişdir.
TürkPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının katibi Emin Həsənov konfransda iştirak etmişdir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026