İqtisadi əməkdaşlıq komissiyasının model qanunun hazırlanması üzrə ekspert qrupunun 1-ci iclası keçirilib
Tarix
Baxış
3
2 noyabr 2023-cü il tarixində “Dövriyyəyə buraxılan məhsulların təhlükəsizliyi və keyfiyyətinin əsasları haqqında” model qanun layihəsinin hazırlanması üzrə ekspert qrupunun onlayn formatda 1-ci iclası keçirilib. Model qanun TÜRKPA-nın 2024-cü il üçün Fəaliyyət Planına uyğun olaraq İqtisadi əməkdaşlıq komissiyası çərçivəsində hazırlanacaqdır.
İclasda Baş katibin müavini Talqat Aduov açılış nitqi ilə çıxış edib. Cənab Aduov çıxışında TÜRKPA regionunda dövriyyəyə buraxılan məhsulların təhlükəsizliyi və keyfiyyətini tənzimləyən qanunvericiliyin uyğunlaşdırılmasının vacibliyini vurğulayıb. İclasa İqtisadi əməkdaşlıq komissiyasının katibi Bauırjan Datkayev moderatorluq edib. TÜRKPA-nın üzv ölkələrinin ekspertləri sənədin layihəsinə dair öz rəy və təkliflərini bildirib və 2-ci iclasın 30 noyabr 2023-cü il tarixində keçirilməsi barədə razılıq əldə ediblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026