İqtisadi əməkdaşlıq komissiyasının 12-ci iclası keçirilib
Tarix
Baxış
3
25 fevral 2025-ci il tarixində Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə İqtisadi əməkdaşlıq komissiyasının “Enerji təhlükəsizliyi iqtisadiyyatın dayanıqlı inkişafının amili kimi” mövzusunda onlayn formatda 12-ci iclası keçirilib.
İclasa komissiyanın sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü Anas Bakkojaev sədrlik edib. Açılış mərasimində komissiyanın sədri Anas Bakkojaev və komissiyanın digər üzvləri – Azərbaycan Respublikası Milli Məclisinin üzvü Ağalar Vəliyev, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Dastanbek Djumabekov, Türkiyə Böyük Millət Məclisinin üzvləri Mahmud Rıdvan Nazırlı və Harun Özgür Yıldızlı çıxış ediblər. Çıxışlardan sonra komissiya üzvləri gündəlikdə duran məsələləri müzakirə edib, iclasın əsas mövzusu ətrafında fikir mübadiləsi aparıblar. TÜRKPA regionunda enerji sahəsində əməkdaşlığın genişləndirilməsinin, təcrübə mübadiləsinin və dayanıqlı enerji infrastrukturunun qurulmasının vacibliyini vurğulayan iştirakçılar türk dünyasında enerji təhlükəsizliyinin möhkəm təməlinin qoyulması məqsədilə üzv dövlətlər üçün həm xarici, həm də daxili təhdidlərə qarşı dayanıqlı enerji sistemlərinin yaradılmasında üzv parlamentlərin oynaya biləcəyi rolu qeyd ediblər.
Komissiya 11-12 iyun 2025-ci il tarixində Qazaxıstanın Astana şəhərində keçiriləcək TÜRKPA-nın 14-cü plenar iclasına təqdim edilməsi üçün əsas mövzu üzrə hesabat məruzəsi və tövsiyə qərarı layihələrini, habelə komissiya çərçivəsində hazırlanmış “İqtisadi fəaliyyətdə təmiz enerji haqqında” Model Qanun layihəsini təsdiq edib.
Komissiya “TÜRKPA üzv dövlətlərinin birgə iqtisadi fəaliyyətlərinin həyata keçirilməsinin reallıq və perspektivləri” mövzusunda növbəti iclasının 2026-cı il Azərbaycanda keçirilməsi və komissiyanın 2026-cı il üçün iş planı çərçivəsində 2023-2028-ci illər üçün Strateji Yol Xəritəsində nəzərdə tutulmuş “Birgə müəssisə haqqında” Model Qanun layihəsinin hazırlanması barədə qərar qəbul edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026