İkinci Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib
Tarix
Baxış
3
Baş katibin müavini vəzifəsini icra edən Sakı Sadıkov Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşkil etdiyi İkinci Azərbaycan Milli Şəhərsalma Forumunun Bakıda keçirilən plenar iclasında iştirak edib. “Dayanıqlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” adlı forum 29 sentyabr - 2 oktyabr 2023-cü il tarixləri arasında Azərbaycanda “Şəhərsalma Həftəsi” çərçivəsində Zəngilan və Bakıda keçirilib.
Forumda dünyanın müxtəlif regionlarından olan nümayəndələr inkişaf edən şəhərlərdə infrastruktur və ekoloji problemlərin həlli yollarını müzakirə ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilanda keçirilən forumun açılış mərasimində çıxış edərək, urbanizasiyanın günümüzün vacib məsələsi olduğunu və ilk növbədə, dövlətin əsas məqsədinin insanların yaşaması üçün rahat və gözəl şərait yaratmaqdan ibarət olduğunu vurğulayıb.
Forumun Bakıda keçirilən plenar iclasında iştirakçılara Bakı şəhərinin və işğaldan azad edilmiş rayonların baş planları təqdim olunub. Qarabağda dağılmış infrastrukturun və salınmış müasir şəhərciklərin bərpası layihələri də nümayiş etdirilib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026