Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının model qanunun hazırlanması üzrə ekspert qrupunun birinci iclası keçirilib
Tarix
Baxış
3
25 yanvar 2024-cü il tarixində Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyası çərçivəsində “Fərdi məlumatların qorunması haqqında” Model Qanunun hazırlanması üzrə ekspert qrupunun birinci iclası onlayn formatda keçirilib. TÜRKPA-nın 2023-2028-ci illər üzrə Strateji Yol Xəritəsinə uyğun olaraq və 2024-cü il üçün Fəaliyyət Planı çərçivəsində Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən Model Qanunun hazırlanmasına başlanılıb.
İclasda TBMM-nin qanunvericilik üzrə eksperti Ercan Durdular Model Qanun layihəsini təqdim edib. İclasa moderatorluğu Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının katibi Kadir Yaman edib.
İclasda üzv dövlətlərin parlament ekspertləri ilə yanaşı, TÜRKPA Katibliyinin nümayəndələri də iştirak ediblər. İştirakçılar sənəd layihəsi ilə bağlı fikirlərini bölüşüblər. Ekspertlər ikinci iclasın 2 fevral 2024-cü il tarixində keçirilməsi barədə razılıq əldə ediblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026