TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
"Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri" mövzusunda beynəlxalq konfrans

"Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri" mövzusunda beynəlxalq konfrans

Tarix
Baxış
2
10 noyabr, 2017-ci il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Mərkəzin yaradılmasının 10-cu ildönümünə həsr edilmiş "Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri" mövzusunda beynəlxalq konfrans təşkil etmişdir. Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Siyasət Şöbəsinin müdiri Ərəstu Həbibbəyli, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Ramil Həsənov, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi Şöbəsinin müdiri Fatma Çiğdem Tenker Köksal, Qazaxıstan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun İcraçı Direktor müavini Kazbek İsaev və Qırğızıstan Strateji Araşdırmalar İnstitutunun Direktor müavini Nuradil Baydoletov konfransda çıxış etmişdir. Həmçinin Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Baş katibinin müavini Kürşad Sarıarslan "Türk Şurası üçün yaranmış imkanlar və çətinliklər" adlı paneldə çıxış etmişdir.