Gəncliyə Yardım Fondunun prezidenti Katibliyi ziyarət edib
Tarix
Baxış
3
21 sentyabr 2023-cü il tarixində Gəncliyə Yardım Fondunun (GYF) prezidenti Ahmet Tecim və onun rəhbərlik etdiyi nümayəndə heyəti TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri ziyarət edib.
GYF-nin prezidenti Ahmet Tecim Baş katib Mehmet Süreyya Erə Fondun fəaliyyəti barədə məlumat verib. Baş katib Er “Türk dünyasına baxış -2040” çərçivəsində üzv dövlətlərdə gənclərin rolunun artırılmasının vacibliyinə toxunub.
Görüş foto çəkilişi ilə başa çatıb.
Gəncliyə Yardım Fondu müharibədən zərər çəkmiş gənclər və onların ailələrinə maddi və mənəvi yardımın göstərilməsi məqsədilə təsis edilmiş qeyri-hökumət təşkilatıdır. GYF Azərbaycan gəncliyinin ehtiyac duyduğu təhsil və sosial fəaliyyət sahələrində araşdırmalar aparır.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026