Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının ekspert qrupunun iclası keçirilib
Tarix
Baxış
3
15 dekabr 2023-cü il tarixində “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Model Qanun layihəsinin hazırlanması üzrə ekspert qrupunun onlayn formatda 1-ci iclası keçirilib.
Model Qanun TÜRKPA-nın 2023-2028-ci illər üçün Strateji Yol Xəritəsinə uyğun olaraq Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyası çərçivəsində hazırlanacaqdır.
İclasda üzv dövlətlərin parlamentləri və müvafiq nazirliklərinin ekspertləri, həmçinin TÜRKPA Katibliyinin nümayəndələri də iştirak ediblər.
İclasda sənəd layihəsinə dair fikir mübadiləsi aparılıb. Ekspertlər növbəti iclasın 12 yanvar 2024-cü il tarixində keçirilməsi barədə razılıq əldə ediblər.
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Model Qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ilkin olaraq hazırlanıb.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026