TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 9-cu iclası keçirilib

Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 9-cu iclası keçirilib

Tarix
Baxış
3
27 may 2024-cü il tarixində Qazaxıstan Respublikası Parlamentinin ev sahibliyində Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 9-cu iclası onlayn formatda keçirilib. İclasın gündəliyinin əsas mövzusu “TÜRKPA üzv dövlətlərində tibbi tullantıların idarə edilməsi” olub. İclasa Komissiyanın sədri, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Əhliman Əmiraslanov sədrlik edib. Tədbirdə Komissiya sədrinin müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Ahmet Zenbilci, Baş katib Mehmet Süreyya Er və digər komissiya üzvləri çıxış ediblər. Müzakirələr zamanı TÜRKPA üzv dövlətləri arasında tibbi tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində gələcək əməkdaşlıq üçün narahatlıq doğuran sahələr və prioritetlər müzakirə olunub. İclasda komissiya sədrinin müavini Ahmet Zenbilci, komissiyanın sədri Əhliman Əmiraslanov və Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev tərəfindən müvafiq olaraq təqdim edilən hesabat məruzəsi və tövsiyə qərarının, eləcə də “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Model Qanun layihələrini təsdiq edilib. Sənədlər TÜRKPA-nın 5-6 iyun 2024-cü il tarixlərində Bakıda keçiriləcək 13-cü Plenar iclasına təqdim ediləcəkdir. Komissiya növbəti iclasının 2025-ci ildə Qırğız Respublikasında keçirilməsi barədə qərar qəbul edib.