TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması Komissiyası ekspert qrupunun iclaslarını keçirib

Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması Komissiyası ekspert qrupunun iclaslarını keçirib

Tarix
Baxış
3
7 fevral 2023-cü il tarixində, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyası çərçivəsində “Reproduktiv sağlamlığın qorunması haqqında” model qanun layihəsinin hazırlanması üzrə ekspert qrupunun onlayn formatda üçüncü iclası keçirilmişdir. “Reproduktiv sağlamlığın qorunması haqqında” model qanun layihəsi TÜRKPA-nın 2023-2028-ci illər üçün nəzərdə tutulmuş Strateji Yol Xəritəsinə uyğun olaraq İqtisadi əməkdaşlıq komissiyası çərçivəsində hazırlanmışdır. Üzv dövlətlərin və Katibliyin nümayəndələrindən ibarət ekspert qrupu tərəfindən model qanun layihəsinin hazırlanmasına dair onlayn formatda üç iclas keçirilmişdir. Bu iclaslarda sənəd layihəsi ətrafında müzakirələr və fikir mübadiləsi aparılmışdır. Qrup Ətraf Mühit, təbii sərvətlər və sağlamlığın qorunması üzrə Komissiyanın 6 mart 2023-cü il tarixində Bakıda keçiriləcək növbəti iclasında baxılacaq sənəd layihəsini yekunlaşdırmışdır.