Ekspert Qrupu tərəfindən İqtisadi əməkdaşlıq komissiyası çərçivəsində “İqtisadi fəaliyyətdə təmiz enerji haqqında” Model Qanun layihəsi hazırlanıb
Tarix
Baxış
3
11 fevral 2025-ci il tarixində “İqtisadi fəaliyyətdə təmiz enerji haqqında” Model Qanun layihəsinin hazırlanması üzrə Ekspert Qrupunun onlayn formatda 3-cü iclası keçirilib. “İqtisadi fəaliyyətdə təmiz enerji haqqında” Model Qanun layihəsi TÜRKPA-nın 2023-2028-ci illər üzrə Strateji Yol Xəritəsinə uyğun olaraq İqtisadi əməkdaşlıq komissiyasının 2025-ci il üçün iş planı çərçivəsində hazırlanıb.
21 yanvar 2025-ci il tarixində TÜRKPA üzv dövlətlərinin və Katibliyin nümayəndələrindən ibarət Ekspert Qrupunun 1-ci iclası keçirilib. İclasda açılış nitqi ilə Baş katibin müavini Talqat Aduov çıxış edib. Öz çıxışında cənab Aduov türk dünyası arasında inteqrasiya proseslərinə töhfə vermək məqsədilə TÜRKPA regionunda ortaq hüquqi məkanın formalaşdırılmasının vacibliyini vurğulayıb.
Ekspert Qrupu yuxarıda qeyd olunan model qanun layihəsinin hazırlanması istiqamətində 3 onlayn iclas keçirib. İclaslarda sənəd layihəsi ətrafında fikir mübadiləsi aparılıb. İqtisadi əməkdaşlıq komissiyasının katibi Bauırjan Datkayevin moderatorluğu ilə keçirilən iclaslarda ekspertlər tərəfindən məsələ ilə bağlı konstruktiv təkliflər irəli sürülüb. Ekspert Qrupu tərəfindən 3-cü iclasda İqtisadi əməkdaşlıq komissiyasının 25 fevral 2025-ci il tarixində Türkiyədə keçiriləcək növbəti iclasında baxılması üçün sənədin yekun variantı hazırlanıb.
“İqtisadi fəaliyyətdə təmiz enerji haqqında” Model Qanun layihəsi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əsasən qəbul edilmiş Paris Sazişinin müddəalarında müəyyən edilmiş məqsədlərə nail olmaq üçün TÜRKPA üzv dövlətlərində iqtisadi fəaliyyətdə təmiz enerjidən istifadəyə dəstəyin verilməsinə dair münasibətlərin tənzimlənməsinə yönəlib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026