TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Ekspert qrupu “Rəqəmsal maliyyə aktivləri haqqında” model qanun layihəsini hazırlayıb

Ekspert qrupu “Rəqəmsal maliyyə aktivləri haqqında” model qanun layihəsini hazırlayıb

Tarix
Baxış
3
16 yanvar 2023-cü il tarixində “Rəqəmsal maliyyə aktivləri haqqında” model qanun layihəsinin hazırlanması üzrə ekspert qrupunun onlayn formatda üçüncü iclası keçirilmişdir. “Rəqəmsal maliyyə aktivləri haqqında” model qanun layihəsi TÜRKPA-nın 2023-2028-ci illər üçün nəzərdə tutulmuş Strateji Yol Xəritəsinə uyğun olaraq İqtisadi əməkdaşlıq komissiyası çərçivəsində hazırlanmışdır. İclasda açılış nitqi ilə çıxış edən Baş katibin müavini Talqat Aduov türk dünyasında inteqrasiya proseslərinə töhfə vermək məqsədilə TÜRKPA regionunda ortaq hüquqi məkanın formalaşdırılmasının vacibliyini vurğulamışdır. Üzv dövlətlərin və Katibliyin nümayəndələrindən ibarət ekspert qrupu tərəfindən model qanun layihəsinin hazırlanmasına dair onlayn formatda üç iclas keçirilmişdir. İqtisadi əməkdaşlıq komissiyasının katibi Bauırjan Datkayevin moderatorluğu ilə keçirilən iclaslarda ekspertlər məsələ ilə bağlı öz konstruktiv təkliflərini irəli sürmüşdür. Qrup İqtisadi əməkdaşlıq komissiyasının 27 yanvar 2023-cü il tarixində Astanada keçiriləcək növbəti iclasında baxılacaq sənəd layihəsini yekunlaşdırmışdır.