TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
“Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Model Qanun layihəsinin hazırlanması üzrə müzakirələr yekunlaşıb

“Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Model Qanun layihəsinin hazırlanması üzrə müzakirələr yekunlaşıb

Tarix
Baxış
3
TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyası çərçivəsində “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Model Qanun layihəsinin hazırlanması üzrə ekspert qrupunun iclasları yekunlaşıb. Model Qanun layihəsinin hazırlanması üzrə üzv dövlətlərin nümayəndələrindən ibarət ekspert qrupu müvafiq olaraq 31 yanvar və 21 fevral 2025-ci il tarixlərində onlayn formatda təşkil edilmiş iclaslarda bir araya gəlib. “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Model Qanun layihəsi TÜRKPA-nın “2023-2028-ci illər üçün Strateji Yol Xəritəsi”nə uyğun olaraq hazırlanıb. Model Qanun layihəsinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin milli qanunvericilik sistemlərində fundamental hüquqi çərçivəsi mövcuddur. Belə ki, üzv dövlətlərin qüvvədə olan qanunlarına dair təcrübə, müxtəlif ölkələrdə mövcud oxşar qanunlar, eləcə də digər normativ-hüquqi sənədlər bu sənədin hazırlanması prosesində təhlil edilib. Bu Model Qanun layihəsinin hazırlanması ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadəyə dair davranış normaları və xüsusi biliklərin formalaşmasına yönəlmiş təcrübənin toplanması və tədrisi prosesi üçün ciddi hüquqi sənəd olaraq bu sahədə mövcud hüquqi boşluqların aradan qaldırılması məqsədini daşıyır. Üzv dövlətlərin və TÜRKPA Katibliyinin nümayəndələrinin iştirakı ilə keçirilən ekspert qrupunun iclaslarında Model Qanun layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb, tövsiyələr verilib və təkliflər səslənib. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən hazırlanan Model Qanunun yekun layihəsi Komissiyanın 10-cu iclasına təqdim ediləcəkdir. İclaslara Komissiyanın katibi Aynurə Abutalıbova moderatorluq edib.