Diplomatik korpus Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olublar
Tarix
Baxış
3
31 avqust 2023-cü il tarixində TÜRKPA-nın Komissiya katibləri Kunduz Rustembekova və Kadir Yaman Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatik korpus nümayəndələri, hərbi attaşeləri, eləcə də xarici jurnalistlər üçün Ağdama təşkil etdiyi səfərdə iştirak ediblər.
Proqram çərçivəsində səfər iştirakçıları Ağdam-Xankəndi yolunda olublar. Onlar yolun funksionallığı ilə tanış olub, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün göndərilən iki yük maşınının Ağdam-Xankəndi yolundakı yeri ilə tanış olublar.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mövcud vəziyyət barədə tədbir iştirakçılarına məlumat verib.
Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməni əsilli sakinlərə 40 ton undan ibarət humanitar yardımın çatdırılması təşkil edilib. Humanitar yardım ərazidəki Rusiya sülhməramlı kontingentinin keçid məntəqəsindən keçməyi gözləyir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026