TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Daşkənddə TÜRKPA və MDB PA müşahidə missiyaları arasında görüş keçirilib

Daşkənddə TÜRKPA və MDB PA müşahidə missiyaları arasında görüş keçirilib

Tarix
Baxış
3
9 iyul 2023-cü il tarixində Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərinin müşahidəsi çərçivəsində Daşkənd şəhərində TÜRKPA və MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyaları arasında görüş keçirilmişdir. Görüşdə parlamentarilər, hər iki təşkilatın Baş katibi və missiyaların digər üzvləri iştirak etmişdir. Hər iki təşkilatdan olan müşahidəçilər öz missiyalarının fəaliyyəti haqqında məlumat vermiş və Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərin monitorinqinə dair fikir mübadiləsi aparmışdır. Tərəflər assambleyalar arasında dialoq və əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etmişdir.