“BİTES Müdafiə” şirkətininn nümayəndələri TÜRKPA Katibliyini ziyarət ediblər
Tarix
Baxış
3
26 sentyabr 2024-cü il tarixində "BİTES Müdafiə Aviasiya və Kosmik Texnologiyalar" şirkətinin baş direktoru Cəmil Sağıroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti TÜRKPA Katibliyini ziyarət edib və Baş katib Mehmet Süreyya Er ilə görüşüb.
Görüşdə BİTES-in baş direktorunu baş direktor müavini Yunus Poyraz və koordinator Murat D. Erker müşayiət ediblər.
Qonaqları salamlayan Baş katib, BİTES rəhbərlərini 5-ci “ADEX” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində şirkətin stendi ilə iştirakı münasibətilə təbrik edib. Görüşdə milli və qabaqcıl texnologiya yönümlü müdafiə sənayesinin əhəmiyyəti vurğulanıb.
“BİTES Müdafiə” şirkəti üç ildir ki, “Türkiyənin Ən Sürətlə Böyüyən Texnologiya Şirkətləri” siyahısına daxil edilib. BİTES abbreviaturası Kompüter Əsaslı Təhsil və Təlim Sistemləri deməkdir. Şirkət avionika, simulyasiyalar, informasiya texnologiyaları, o cümlədən genişlənmiş reallıq, virtual reallıq, avtonom sistemlər, süni/sürü intellekt və innovativ insan-maşın interfeysləri üçün həm mülki, həm də hərbi yüksək texnologiyalı ikili istifadə imkanlarını təklif edir. BİTES Türkiyə Silahlı Qüvvələri Fondu tərəfindən təsis edilmiş Türkiyənin ən qabaqcıl beynəlxalq müdafiə elektronikası şirkəti olan ASELSAN-nın tam mülkiyyətində olan törəmə müəssisədir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026