TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Bişkek TDT-nin 11-ci Zirvə görüşünə ev sahibliyi edib

Bişkek TDT-nin 11-ci Zirvə görüşünə ev sahibliyi edib

Tarix
Baxış
3
2024-cü il noyabrın 6-da Baş katib Mehmet Süreyya Er Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətləri Təşkilatının “Türk dünyasının gücləndirilməsi: iqtisadi inteqrasiya, dayanıqlı inkişaf, rəqəmsal gələcək və hər kəs üçün təhlükəsizlik” mövzusunda keçirilmiş 11-ci Zirvə görüşündə iştirak edib. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ev sahibliyində keçirilən Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş naziri Viktor Orban, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və Türkmənistanın Bişkekdəki səfiri Nurı Qolliyev iştirak ediblər. TDT-nin Ağsaqqallar Şurasının sədri və üzvləri, türk əməkdaşlıq təşkilatlarının rəhbərləri də Zirvə görüşündə iştirak ediblər. Dövlət başçıları TDT çərçivəsində türk dünyasında əməkdaşlığın dərinləşdirilməsi və zənginləşdirilməsi, türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsinə sarsılmaz qətiyyətlərini vurğulayıblar. Zirvə görüşü zamanı alınmış mühüm qərarlara “Türk yaşıl baxışı: dayanıqlı gələcək üçün birlik” sənədinin qəbulu, Bişkek şəhərinin 2025-ci ildə “Türk dünyasının rəqəmsal paytaxtı” elan edilməsi, Türk Dünyası Xartiyasının, “Türk Dövlətləri Təşkilatı yanında daimi nümayəndələr haqqında” Əsasnamənin, TDT-nin bayrağının, Baş nazir Viktor Orbana Türk Dünyasının Ali Ordeninin və Nobel mükafatı laureatı professor Əziz Səncərə Əlişir Nəvai Beynəlxalq Mükafatının təqdim edilməsi haqqında qərarların qəbulu və TDT Katibliyinin Baş katib müavinlərinin təyin edilməsi daxil olmuşdur. Eyni zamanda, üzv dövlətlərin nazirləri və qurum rəhbərləri “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi”ni, “Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında” Sazişi, “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Mərkəzi (Milli) Banklar Şurasının yaradılması haqqında” Memorandumu, “Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında kosmik fəaliyyətə dair” Anlaşma Memoradumunu, “Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında Böyük Türk Dili Modelinin hazırlanmasına dair” Anlaşma Memoradumunu və “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Türk Yaşıl Maliyyə Şurasının yaradılması haqqında” Anlaşma Memoradumunu imzalayıblar. Zirvə görüşü zamanı təşkilatda sədrlik Qazaxıstandan Qırğızıstana keçib. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun təklifi ilə türk dünyasının birliyinin möhkəmləndirilməsinə mühüm töhfələrinə görə Macarıstanın Baş naziri Viktor Orban Dövlət Başçıları Şurası tərəfindən Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Dövlət başçıları 11-ci Zirvə görüşü bəyannaməsini imzalayıblar. Növbəti müntəzəm Zirvə görüşünün 2025-ci ildə Azərbaycanda, təşkilatın qeyri-rəsmi Zirvə görüşünün 2025-ci ildə Macarıstanda keçirilməsi qərara alınıb. Zirvə görüşündən əvvəl eyni gündə Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. Xarici işlər nazirləri Dövlət Başçıları Şurası iclasının gündəliyini və proqramını müzakirə edib, üzv dövlətlər arasında çoxtərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar. Həmçinin Baş katib Mehmet Süreyya Er iclasda iştirak və çıxış edib. Baş katib ötən dövr ərzində TÜRKPA çərçivəsində fəaliyyətlər və üzv parlamentlər arasında çoxtərəfli əməkdaşlıqda son proseslər haqqında məlumat verib. O vurğulayıb ki, türk dövlətlərinin dəstəyi bütün sahələrdə türk əməkdaşlıq təşkilatlarının beynəlxalq nüfuzunu artırır və regional sülh, təhlükəsizlik və əməkdaşlıq məsələlərində daha böyük rol oynamasına imkan yaradır. Baş katib qeyd edib ki, türk dünyası parlamentlərinin ortaq səsi baxışı ilə TÜRKPA dünyanın, xüsusilə regionumuzun üzləşdiyi çətinliklərin öhdəsindən gəlmək və firavan gələcək qurmaq üçün öz payına düşən məsuliyyəti yerinə yetirəcəkdir.