Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti TÜRKPA Katibliyini ziyarət edib
Tarix
Baxış
3
5 dekabr 2023-cü il tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun (BTMİF) yeni təyin olunmuş prezidenti Aktotı Raimkulova Baş katib Mehmet Süreyya Erə nəzakət ziyarət edib.
Baş katib xanım Raimkulovanı bu vəzifəyə təyin olunması və fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Fondun prezidenti, öz növbəsində, onun təyinatı münasibətilə ilk təbriklərini çatdıran məhz Baş katib olduğunu vurğulayıb.
Görüşdə tərəflər iki qurum arasında əməkdaşlığa dair fikir mübadiləsi aparıblar. Assambleyanın hazırkı və gələcək fəaliyyətindən danışan Baş katib, türk əməkdaşlıq təşkilatları tərəfindən koordinasiya şəklində həyata keçirilən işin vacibliyini vurğulayıb. Xanım Raimkulova Fond çərçivəsində türk dövlətlərinin mədəniyyəti və irsi ilə bağlı həyata keçirilən layihələri qeyd edib, iki qurum arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş təklif və arzularını ifadə edib. O, üzv dövlətlərin müvafiq nazirliklərinə təqdim edilmək üçün hazırlanmaqda olan türk dövlətlərinin mədəniyyəti və irsi sahəsində Konvensiya haqqında məlumat verib.
Görüşün sonunda xatirə şəkli çəkilib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026