Baş katibin Qazaxıstan Xarici İşlər Naziri ilə görüşü baş tutmuşdur
Tarix
Baxış
2
6 fevral 2020-ci ildə Baş katib Altınbek Mamayusupovun Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının Növbədənkənar İclasında iştirak etmək üçün Bakıda səfərdə olan Qazaxıstan Respublikası Xarici İşlər Naziri cənab Muxtar Tileuberdi ilə görüşü baş tutmuşdur.
Baş katib Nazirə Assambleya çərçivəsində görülən işlərlə bağlı məlumat vermişdir. Öz növbəsində, Qazaxıstan Xarici İşlər Naziri TÜRKPA-nın fəaliyyətlərini və təşəbbüslərini dəstəkləməyə hazır olduqlarını bildirmişdir.
Tərəflər 2019-cu ilin dekabr ayında Bakıda baş tutmuş 9-cu Plenar İclasın nəticələrini müzakirə etmiş, Türk əməkdaşlığının gələcək perspektivləri haqqında fikir mübadiləsi aparmış və Qazaxıstanın TÜRKPA-da gələcək sədrliyi məsələsinə toxunmuş, eləcə də ATƏT Parlament Assambleyası və digər aparıcı beynəlxalq təşkilatlarda status əldə etməyin önəmini vurğulamışdır.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026