TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Baş katib TÜRKSOY-un 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib

Baş katib TÜRKSOY-un 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib

Tarix
Baxış
3
18-19 iyun 2023-cü il tarixlərində Baş katib Mehmet Süreyya Er Özbəkistan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkil etdiyi TÜRKSOY-un yaradılmasının 30-cu ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmişdir. İyunun 18-də iştirakçılar Özbəkistan Dövlət Tətbiqi Sənət Muzeyində rəsm, fotoşəkil və sənətkarlıq sərgisi, həmçinin türk xalqlarının milli mətbəx nümunələri ilə tanış olmuşdur. İyunun 19-da TÜRKSOY üzv ölkələrinin xalq artistlərinin iştirakı ilə bayram qala-konserti keçirilmişdir. Konsert proqramını giriş sözü ilə açan Özbəkistan Respublikası Prezidentinin dövlət müşaviri Xayriddin Sultanov TÜRKSOY-un 30-cu ildönümü münasibətilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev adından təbrik məktubunu diqqətə çatdırmışdır. Tədbirdə Özbəkistan Respublikasının mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov da çıxış etmişdir. Tədbir çərçivəsində cənab Nazarbekov türk dünyasına dəyərli xidmət və töhfəsinə görə TÜRKSOY-un qızıl medalı ilə təltif edilmişdir. Mükafatı TÜRKSOY-un Baş katibi Sultanbay Raev təqdim etmişdir. Özbəkistan Respublikasının dövlət, ictimai və mədəniyyət xadimləri də yubiley medalları ilə təltif edilmişdir. Konsert proqramı türk xalqlarının milli mahnı və rəqsləri ilə davam etmişdir.