Baş katib Türkiyənin Baş Ombudsmanı ilə görüşüb
Tarix
Baxış
3
2022-ci ilin 25 mart tarixində Baş katib Mehmet Süreyya Er Türkiyənin Baş Ombudsmanı Şeref Malkoça nəzakət ziyarəti edib.
Cənab Malkoç ziyarətdən məmnunluğunu ifadə edərək, cənab Erə ziyarəti üçün təşəkkürünü bildirib.
Görüş zamanı tərəflər TÜRKPA üzv ölkələrinin Ombudsman qurumları çərçivəsində mümkün gələcək əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıblar.
Türkiyənin Ombudsman İnstitutu 2012-ci ildə yaradılmış və Türkiyə Böyük Millət Məclisi ilə əlaqəli, bununla yanaşı, müstəqil fəaliyyət göstərən qurumdur.
Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç İslam Əməkdaşlıq Təşkilatı Ombudsman Assosiasiyasının (İƏTOA) prezidenti və Asiya Ombudsman Assosiasiyasının (AOA) İdarə Heyətinin üzvüdür.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026