TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Baş katib Türkiyә sәfiri ilә görüşmüşdür

Baş katib Türkiyә sәfiri ilә görüşmüşdür

Tarix
Baxış
3
15 yanvar 2018-ci il tarixində Baş katib Altınbek Mamayusupov Türkiyənin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral ilə görüşmüşdür. Baş katib Türkiyə səfirinə Assambleyanın cari və gələcək fəaliyyətləri haqqında qısa məlumat vermiş və TÜRKPA-nın Bişkekdə keçirilən 7-ci Plenar Sessiyasının nəticələrinə diqqət çəkmişdir. Cənab Mamayusupov Türk əməkdaşlığının inkişafında Türkiyənin rolunu xüsusilə vurğulamış və TÜRKPA-nın fəaliyyətində Türkiyənin əlaqədar qurumlarının dəstəyini yüksək qiymətləndirmişdir. Baş katib həmçinin Türkdilli ölkələr arasında praktik və nəticə yönümlü əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. Tərəflər TÜRKPA-nın 10-cu ildönümü, Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi, Qırğızıstan Respublikası Parlamentinin 80 illiyi və Türk dünyasının tanınmış yazıçısı və mütəfəkkiri Çingiz Aytmatovun 90 illik yubileyi kimi bir sıra əlamətdar hadisələrlə zəngin bir il olaraq, 2018-ci ilin əhəmiyyətini xüsusilə qeyd etmişdir. Baş katib qeyd edilən yubileylərlə bağlı tədbirlərin təşkil edilməsində TÜRKPA-nın öz töhvəsini verməyə hazır olduğunu bildirmişdir. Cənab Özoral bu sahədə Türkiyənin TÜRKPA-nın fəaliyyətlərinə tam dəstək verdiyini ifadə etmiş və Türk əməkdaşlığı institutları arasında sıx əlaqələrin yaradılmasının vacibliyi haqqında danışmışdır.