Baş katib Türkiyә parlamentindә görüşlәr keçirmişdir
Tarix
Baxış
3
20 fevral, 2018-ci ildə Ankaraya səfəri zamanı TÜRKPA Baş katibi cənab Altınbek Mamayusupov millət vəkili, TÜRKPA Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının sədri, Türkiyə-Qazaxıstan Parlamentlərarası Dostluq Qrupunun sədri cənab Haluk İpek, millət vəkili, Türkiyə-Qırğızıstan Parlamentlərarası Dostluq Qrupunun sədri cənab Sebahattin Karakelle və millət vəkili cənab Metin Gündoğdu ilə görüşlər keçirmişdir.
Baş katib cənab Mamayusupov Katibliyin 2018-ci il üçün fəaliyyət planı və TÜRKPA-nın 10-cu ildönümünə həsr edilmiş tədbirlər barədə parlamentarilərə məlumat vermişdir. Eyni zamanda, o, üzv ölkələr arasında əməkdaşlıq və inteqrasiyaya verdikləri töhfə üçün parlamentarilərə təşəkkürünü bildirmişdir.
Eləcə də tərəflər regional və Türk əməkdaşlığı üzrə fikir mübadiləsi aparmışdır.
Həmçinin TÜRKPA Baş katibinin müavini cənab Ali Yıldız görüşlərdə iştirak etmişdir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026