Baş katib türk dövlətlərinin Macarıstandakı səfirlikləri tərəfindən təşkil olunmuş tədbirlərdə iştirak edib
Tarix
Baxış
3
Baş katib Mehmet Süreyya Er Hun-Türk Qurultayında iştirak etmək üçün Macarıstana səfəri zamanı 8-9 avqust 2024-cü il tarixlərində Budapeştdə türk dövlətlərinin səfirlikləri tərəfindən təşkil olunmuş tədbirlərdə iştirak edib.
Avqustun 8-də Qırğızıstan Respublikasının Macarıstandakı səfirliyi Qırğızıstanın dövlətçilik tarixində mühüm mərhələ olan Qara-Qırğız Muxtar Vilayətinin yaradılmasının 100 illiyi münasibətilə qəbul keçirib.
9 avqust tarixində Türkiyə Respublikasının Macarıstandakı səfirliyi Hun-Türk Qurultayı 2024 münasibətilə qəbul təşkil edib.
Həmin gün Qazaxıstan Respublikasının Macarıstandakı səfirliyinin təşkilatçılığı ilə Budapeşt şəhər parkında qazax şairi və mütəfəkkiri Abayın abidəsi önündə Abay Günü münasibətilə anım mərasimi keçirilib. Tədbirdə iştirakçılar tərəfindən çıxışlar edilərək Abayın heykəli önünə gül-çiçək dəstələri qoyulub, habelə Abayın şeirləri qazax və macar dillərində səsləndirilib.
Türk dövlətlərinin səfirlikləri tərəfindən təşkil olunan tədbirlərdə türk əməkdaşlıq təşkilatlarının rəhbərləri və nümayəndələri, diplomatik korpus nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026