TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Baş katib Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri ilə görüşüb

Baş katib Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri ilə görüşüb

Tarix
Baxış
3
25 oktyabr 2025-ci il tarixində Baş katib səfir Ramil Həsən Ankara şəhərində Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyə Respublikasının sabiq Baş naziri cənab Binəli Yıldırım ilə görüşüb. Ağsaqqallar Şurasının sədri Baş katibi vəzifə səlahiyətlərinin icrasına başlaması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Baş katib Ramil Həsən minnətdarlığını bildirərək Assambleyanın gündəliyində duran məsələlərlə bağlı fikirlərini bölüşüb və Binəli Yıldırıma TÜRKPA-nın parlament dialoqunun dərinləşdirilməsinə və türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsinə yönəlmiş hazırkı təşəbbüsləri və gələcək fəaliyyəti ilə bağlı məlumat verib. Baş katib bu cür fəaliyyətlərin Qazaxıstanın hazırkı sədrliyi dövründə uğurla davam etdirildiyini və həyata keçirildiyini qeyd edib. Binəli Yıldırım türk birliyinə dair idealların irəliləməsinə sadiqliyini bir daha təsdiqləyib və TÜRKPA çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Müzakirələr həmçinin qardaşlıq münasibətlərinin davamlı şəkildə genişləndirilməsi və türk dövlətlərinin birliyinin möhkəmləndirilməsi məsələlərini də əhatə edib. Baş katibi onun müavinləri Talqat Aduov və Muhammet Alper Hayali müşayiət ediblər.