Baş katib TDT üzv dövlətlərinin QHT-lərinin həmrəylik forumunun açılış mərasimində iştirak edib
Tarix
Baxış
3
24 noyabr 2025-ci il tarixində Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi səfir Ramil Həsən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Bakı şəhərində təşkil etdiyi Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun açılış mərasimində iştirak edib.
Türk dövlətlərindən 500-dən çox iştirakçının qatıldığı tədbirin açılış mərasimində üzv dövlətlərin mədəni nailiyyətlərini, tarixi bağlılığını, ortaq dəyərlərini və əməkdaşlığını əks etdirən sərgi və videoçarx təqdim olunub.
Forumun açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciət məktubunu oxuyaraq, Türk Dövlətləri Təşkilatının vətəndaş cəmiyyəti təsisatları arasında əməkdaşlığın vacibliyini, eləcə də forumun türk xalqları arasında birlik və həmrəyliyi gücləndirəcəyinə əminliyini ifadə edərək, ortaq layihələrin dəstəklənməsində Azərbaycanın hazırkı sədr kimi rolunu vurğulayıb.
Forum panel müzakirələrini və əldə edilmiş razılığı, eyni zamanda gələcək əməkdaşlıq perspektivlərini əks etdirən birgə bəyannamənin qəbulu ilə davam edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026