TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Baş katib TDT-nin Baş katibi ilə görüşüb

Baş katib TDT-nin Baş katibi ilə görüşüb

Tarix
Baxış
3
27 oktyabr 2025-ci il tarixində TÜRKPА-nın Baş katibi səfir Ramil Həsən, İstanbul şəhərində yerləşən Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin mənzil-qərargahında Təşkilatın Baş katibi səfir Kubanıçbek Omuraliyev ilə görüşüb. Cənab Omuraliyev cənab Həsəni səmimi-qəlbdən təbrik edərək ona yeni vəzifəsində uğurlar arzulayıb. Baş katib cənab Omuraliyevə TÜRKPА nümayəndə heyətinin səmimi qəbuluna görə təşəkkürünü bildirib. Cənab Həsən görüş zamanı TÜRKPА-nın fəaliyyəti barədə ətraflı məlumat verərək, Parlament Assambleyasının gündəliyinin daha da inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb. O, həmçinin parlamentlərarası dialoqun genişləndirilməsi, qanunvericilik sahəsində əlaqələndirmənin təşviqi və Türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsi məqsədilə həyata keçirilən təşəbbüslər və qarşıdakı layihələr barədə danışıb. Bununla yanaşı, TÜRKPА ilə TDT arasında əməkdaşlığın yeni mexanizminin tətbiqi barədə fikirlərini də bölüşüb. TDT Baş katibi təklif edilən təşəbbüsləri dəstəklədiyini bildirərək, ortaq məqsədlərə nail olunması istiqamətində TÜRKPА ilə TDT arasında daha sıx əlaqələndirmənin əhəmiyyətini vurğulayıb. Tərəflər daimi olaraq əlaqələrin saxlanılması və əməkdaşlıq üçün konkret mexanizmlərin araşdırılması barədə razılığa gəlib. Baş katibi görüşdə müavinləri Talqat Aduov və Muhammet Alper Hayali müşayiət ediblər.