TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Baş katib TBMM Spikeri vә digәr rәsmilәrlә görüşmüşdür

Baş katib TBMM Spikeri vә digәr rәsmilәrlә görüşmüşdür

Tarix
Baxış
3
19 dekabr, 2018-ci ildə Türkiyə Böyük Millət Məclisinin Spikeri və TÜRKPA-nın fəaliyyətdə olan sədri cənab Binali Yıldırım Ankarada səfərdə olan Baş katib Altınbek Mamayusupovu qəbul etmişdir. Tərəflər TÜRKPA-nın TBMM Sədrliyi çərçivəsində həyata keçiriləcək fəaliyyətləri müzakirə etmiş, eləcə də təşkilatın məqsəd və vəzifələri haqqında fikir mübadiləsi aparmışdır. Bundan əlavə, Ankaraya səfəri zamanı Baş katib TBMM-in Xarici İşlər Komitəsinin sədri cənab Volkan Bozkır, TBMM-in Aparat Rəhbəri cənab Mehmet Ali Kumbuzoğlu və Türkiyə Xarici İşlər Nazirinin müavini cənab Yavuz Selim Kıran ilə görüşmüşdür.