TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Baş katib Şuşada keçirilən mədəniyyət tədbirlərində iştirak edib

Baş katib Şuşada keçirilən mədəniyyət tədbirlərində iştirak edib

Tarix
Baxış
3
11 may 2024-cü il tarixində Baş katib Mehmet Süreyya Er Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən “Şuşa - İslam Dünyasının Mədəniyyət Paytaxtı 2024” və “Xarıbülbül” 7-ci Beynəlxalq Musiqi Festivalının açılış mərasimində iştirak edib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, dövlət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak ediblər. Prezident İlham Əliyev açılış nitqində tədbir iştirakçılarını salamlayaraq, Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı alınmış qərara görə rəhbərliyinə və təşkilatın üzv dövlətlərinə minnətdarlığını bildirib. Dövlət başçısı Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinin Azərbaycan üçün öz mədəniyyətini həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya birliyinə çatdırmaq üçün əlavə imkan yaradacağını qeyd edib. ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd ƏlMalik Prezident İlham Əliyevin ICESCO-nun Azərbaycanla bağlı plan və proqramlarını dəstəkləməsindən təşkilatın qürur duyduğunu, təşkilatın da öz növbəsində üzərinə düşən vəzifəni yerinə yetirdiyini vurğulayıb. ICESCO-nun artıq fəaliyyətə başlamış irsi mühafizə üzrə ilk missiyasının Şuşaya göndərildiyini bildirən baş direktor Səlim bin Məhəmməd ƏlMalik Azərbaycan xalqını təşkilatın hər zaman ortaq əlaqələrə sadiq qalacağına, onların maraqlarını qoruyacağına və Azərbaycanın quruculuq işlərini dəstəkləyəcəyinə əminliyini ifadə edib. Möhtəşəm mədəniyyət hadisəsi olan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılış konsertində ICESCO-nun üzv ölkələrinin – Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan və Türkiyənin tanınmış müğənniləri və rəqs ansamblları çıxış ediblər. Festival mayın 12-də Şuşada, 13-də isə Laçında davam edib. Şuşanın rəmzi olan eyniadlı gülün adını daşıyan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı 1989-cu ildən keçirilir. 1990-cı ildə festival beynəlxalq status alıb. 44 günlük Vətən müharibəsində tarixi qələbə nəticəsində Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra festival yenidən Şuşa və Laçında keçirilir.