TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Baş katib Şimali Kipr Türk Respublikası Parlamentinin sədri ilə görüşüb

Baş katib Şimali Kipr Türk Respublikası Parlamentinin sədri ilə görüşüb

Tarix
Baxış
3
14 noyabr 2023-cü il tarixində TÜRKPA Baş katibi Mehmet Süreyya Erin rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Respublikası (ŞKTR) Məclisinin sədri Zorlu Töre ilə görüşüb. Parlament sədri Kipr türklərinin ölkə tarixində əlamətdar hadisə kimi qeyd etdiyi ŞKTR-in 40-cı ildönümü sevincini onlarla bölüşdüyü üçün TÜRKPA-ya minnətdarlığını bildirib. Baş katib öz növbəsində səmimi qəbula və ŞKTR-in 40-cı ildönümünə həsr olunmuş tədbirlərə dəvətə görə cənab Töreyə minnətdarlığını bildirib. Tərəflər türk əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıb və qarşılıqlı əlaqələrin aspektlərini müzakirə ediblər.