Baş katib Qırğız Respublikasının MSK sədri ilə görüşüb
Tarix
Baxış
3
26 iyun 2025-ci il tarixində Baş katib Mehmet Süreyya Er Qırğız Respublikasının Seçki və Referendum üzrə Mərkəzi Komissiyasının (MSK) sədri Tınçtık Şaynazarov ilə görüşüb. Görüş Qırğız Respublikası MSK-nın təşkil etdiyi İssık-Kul Seçki Forumu çərçivəsində baş tutub.
MSK sədri Tınçtık Şaynazarov TÜRKPA nümayəndə heyətinə forumda iştirakına görə minnətdarlığını bildirib və TÜRKPA-nın fəaliyyəti ilə yaxından tanış olduğunu qeyd edib.
Cənab Şaynazarov Qırğız Respublikası Joqorku Keneşinin deputatı kimi öz fəaliyyət dövründə parlamentarizmin inkişafı istiqamətində xidmətlərinə görə “TÜRKPA-nın 10-cu ildönümü” medalı ilə təltif olunduğunu və bu mükafatla indi də fəxr etdiyini qeyd edib.
O, birgə səylərin Qırğız Respublikasında açıq və ədalətli seçkilərin keçirilməsinə töhfə verdiyini bildirib.
MSK sədri TÜRKPA-nın fəaliyyətinin əhəmiyyətini və onun çərçivəsində davamlı əməkdaşlığın zəruriliyini vurğulayaraq, istənilən lazimi dəstək və ya yardımın göstərilməsinə hazır olduğunu ifadə edib.
Baş katib Mehmet Süreyya Er səmimi qonaqpərvərliyə və forumun yüksək səviyyədə təşkilinə görə Qırğız Respublikasının Seçki və Referendum üzrə Mərkəzi Komissiyasına dərin təşəkkürünü bildirib.
O, TÜRKPA-nın 2024-cü ildə İssık-Kul Seçki Forumunda, eləcə də seçkilərlə bağlı bir sıra digər tədbirlərdə iştirakını xatırladıb. Baş katib Qırğız Respublikası MSK tərəfindən təşkil olunan şəffaf və ədalətli seçki prosesinin digər ölkələr üçün dəyərli örnək ola biləcəyini də vurğulayıb.
Gələcəkdə birgə səylərlə daha böyük uğurlara imza atacağına əminliyini ifadə edən Baş katib TÜRKPA nümayəndə heyətinə göstərilən səmimi qəbula görə minnətdarlığını bildirib.
Görüşdə TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının katibi Aygerim Taalaybekova və TÜRKPA Katibliyinin hüquq məsələləri üzrə mütəxəssisi Azər Məmmədov iştirak ediblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026