TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Baş katib Qazaxıstanın xarici işlər naziri ilə görüşüb

Baş katib Qazaxıstanın xarici işlər naziri ilə görüşüb

Tarix
Baxış
4
17 oktyabr 2025-ci il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində Baş katib səfir Ramil Həsənin rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyəti Qazaxıstan Respublikasının xarici işlər naziri cənab Yermek Koşerbayevə nəzakət ziyarəti edib. Yermek Koşerbayev Ramil Həsəni fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Baş katib səfir Ramil Həsən səmimi qəbula görə minnətdarlığını bildirib və Assambleyanın gələcək inkişafı ilə bağlı təkliflərini təqdim edərək, TÜRKPA-nın gələcək fəaliyyəti barədə məlumat verib. Görüşdə Assambleya çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, Türk Dövlətləri Təşkilatının cari ilin oktyabr ayının 7-də Qəbələdə keçirilmiş 12-ci Zirvə görüşünün yekunları müzakirə edilib. Yermek Koşerbayev Qəbələ Zirvə görüşünün nəticələrinin TÜRKPA çərçivəsində birgə layihələrin həyata keçirilməsinə töhfə verəcəyini qeyd edib. O, dəstəyini ifadə edərkən Qazaxıstanın türk əməkdaşlığının parlament ölçüsünün gücləndirilməsinə böyük əhəmiyyət verdiyini də vurğulayıb. Baş katib səfir Ramil Həsəni Baş katibin müavinləri Talqat Aduov, Muhammet Alper Hayali və komissiya katibi Aynurə Abutalıbova müşayiət ediblər.