TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Baş katib Qazaxıstan Səfiri ilə görüşüb

Baş katib Qazaxıstan Səfiri ilə görüşüb

Tarix
Baxış
3
27 oktyabr 2020-ci ildə Baş katib Altınbek Mamayusupov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Serjan Abdıkarimov ilə görüşmüşdür. Cənab Abdıkarimov 10 yanvar 2021-ci ildə Qazaxıstanda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri barədə Baş katibə məlumat vermiş və seçkilərdə iştirakla bağlı Qazaxıstan Respublikası Xarici İşlər Nazirinin dəvətini çatdırmışdır. Öz növbəsində Baş katib pandemiya zamanı üzv ölkələr arasında qarşılıqlı fəaliyyət nöqteyi-nəzərindən Assambleyanın fəaliyyətləri haqqında Səfiri məlumatlandırmışdır. Tərəflər üzv ölkələr arasında əməkdaşlığın inkişafının gələcək perspektivlərinə dair fikir mübadiləsi aparmışdır.