Baş katib Qazaxıstan Sәfiri ilә görüş keçirmişdir
Tarix
Baxış
3
31 yanvar, 2018-ci ildə Baş katib cənab Altınbek Mamayusupov Qazaxıstan Respublikasının Bakıdakı Səfirliyini ziyarət etmiş və Fövqəladə və Səlahiyyətli Səfir cənab Beybit İsabayev ilə görüş keçirmişdir.
Görüş zamanı cənab Mamayusupov təşkilatın qarşıdan gələn fəaliyyətləri barədə səfirə məlumat vermiş və tərəflər 2018-ci ildə TÜRKPA-nın 10-cu ildönümünün qeyd edilməsi ilə bağlı həyata keçiriləcək işlər üzrə fikir mübadiləsi aparmışdır. Baş katib TÜRKPA-nın açıq dialoq, qlobal dostluq və sülhə əsaslanaraq Türk dövlətləri arasında parlamentlərarası əməkdaşlığın mühüm platforması kimi inkişaf etdiyini vurğulamışdır.
Cənab İsabayev Türkdilli ölkələr arasında əməkdaşlığın inkişafında TÜRKPA-nın səylərini yüksək qiymətləndirmiş və Qazaxıstanın Assambleyanın bütün təşəbbüs və öhdəliklərinə tam dəstək verəcəyini vurğulamışdır.
Həmçinin tərəflər Qazaxıstan Parlamenti Məclisinin Sədri cənab Nurlan Niqmatulinin Bakıya və TÜRKPA binasına səfəri məsələsini müzakirə etmişdir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026