TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Baş katib Qazaxıstan Respublikasının MSK sədri ilə görüşüb

Baş katib Qazaxıstan Respublikasının MSK sədri ilə görüşüb

Tarix
Baxış
3
13 may 2025-ci il tarixində Baş Katib Mehmet Süreyya Er Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Nurlan Abdirov ilə görüşüb. Görüş Baş katibin Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin mərkəzi seçki orqanlarının Məsləhət Platforması haqqında Əsasnamənin imzalanması mərasimində və əlaqədar tədbirlərdə iştirak etmək üçün Qazaxıstanın Türküstan şəhərinə səfəri çərçivəsində baş tutub. MSK sədri Nurlan Abdirov TÜRKPA nümayəndə heyətini salamlayaraq, TÜRKPA Baş katibinin bu səfərdə iştirakının vacibliyini vurğulayıb. Cənab Abdirov mərkəzi seçki orqanlarının Məsləhət Platformasının yaradılmasının Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə başladığını və bütün türk dövlətlərinin başçıları tərəfindən dəstəkləndiyini qeyd edib. Hər bir türk dövlətinin seçki sahəsində öz təcrübəsi olduğunu qeyd edən MSK sədri Platformanın iclaslarının və bu təcrübələrin paylaşılmasının bütün türk dövlətləri üçün faydalı olacağını vurğulayıb. O, TÜRKPA-nın seçkilərin və referendumların müşahidəsində iştirakına toxunub və beynəlxalq struktur kimi mühüm rolunu vurğulayıb. Cənab Abdirov mərkəzi seçki orqanlarının və beynəlxalq təşkilatların rəhbərlərinin Türküstan şəhərinə səfər proqramı barədə də məlumat verib. Baş katib Mehmet Süreyya Er tədbirdə iştirak etmək üçün dəvətə görə təşəkkürünü və Türk Dünyasının mənəvi paytaxtı olan Türküstan şəhərinə və Xoca Əhməd Yasəvinin yurduna bir daha səfər etməkdən məmnun olduğunu bildirib. O, TÜRKPA-nın fəaliyyət istiqamətlərindən biri kimi seçkilərin və referendumların müşahidəsinə toxunaraq qeyd edib ki, TÜRKPA müşahidə missiyalarının məqsədi seçkilərin və referendumların milli qanunvericiliyə və beynəlxalq standartlara uyğunluğunu qiymətləndirmək, eyni zamanda, demokratik dəyərlərin təbliğinə töhfə verməkdir. Baş katib səfərin zəngin və məzmunlu proqramını qeyd edib. O, Platformanın yaradılmasının əhəmiyyətini vurğulayıb və bunun seçki sahəsində əməkdaşlığın güclənməsinə təkan verəcəyini qeyd edib. Görüşdə Qazaxıstan Respublikası MSK-nın üzvü Asılbek Smaqulov və TÜRKPA Katibliyinin əməkdaşları Azər Məmmədov və Şahidə Mehdiyeva da iştirak ediblər.