TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Baş katib Qazaxıstan Parlamenti Senatının rәhbәri ilә görüşmüşdür

Baş katib Qazaxıstan Parlamenti Senatının rәhbәri ilә görüşmüşdür

Tarix
Baxış
3
19 aprel 2019-cu il tarixində, Sankt-Peterburqda keçirilən MDB Parlamentlərarası Assambleyasının (MDB PA) 49-cu plenar iclası çərçivəsində baş katib Altınbek Mamayusupov Qazaxıstan Respublikası Parlamenti Senatının yeni seçilmiş sədri xanım Dariqa Nazarbayeva ilə görüşmüşdür. Cənab Mamayusupov xanım Dariqa Nazarbayevanı Senatın sədri seçilməsi münasibətilə təbrik etmiş və ona təşkilatın cari və gələcək fəaliyyətləri haqqında məlumat vermişdir. TÜRKPA komissiyaları çərçivəsində görülən işlər barədə məlumat verən baş katib Assambleyanın işində qazax parlamentarilərin fəal iştirakını vurğulamışdır. Parlament əməkdaşlığının əhəmiyyətini vurğulayan xanım Dariqa Nazarbayeva dörd üzv ölkə arasında əlaqələrin genişləndirilməsində TÜRKPA-nın mühüm rolunu qeyd etmişdir. Sədr türkdilli ölkələr arasında əlaqələrin müsbət dinamikasını qeyd edərək TÜRKPA-nın fəaliyyətlərini hərtərəfli dəstəkləməyə hazır olduğunu ifadə etmişdir. Həmçinin tərəflər TÜRKPA-nın qarşıdan gələn doqquzuncu plenar iclasının hazırlıqları barədə söhbət etmiş və üzv ölkə parlamentləri arasında əməkdaşlığın gələcək inkişafı üzrə fikir mübadiləsi aparmışdır.