TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media

Baş katib Qazaxıstan Parlamenti Mәclisindә görüş keçirmişdir

Tarix
Baxış
2
18 iyun, 2018-ci il tarixində Astanaya səfəri çərçivəsində Baş katib Altınbek Mamayusupov Qazaxıstan Respublikası Parlamenti Məclisinin Xarici Əlaqələr, Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri və TÜRKPA-nın Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının üzvü cənab Muxtar Yerman ilə görüş keçirmişdir. Tərəflər 2018-ci ildə həyata keçirilməsi nəzərdə tutulmuş gələcək fəaliyyətlər və tədbirlər barədə fikir mübadiləsi etmişdir. Türkdilli ölkələr arasında inteqrasiya prosesində TÜRKPA rolunun önəmini vurğulayan cənab Yerman TÜRKPA-nın fəaliyyətlərini dəstəkləməyə hazır olduğunu bildirmişdir. Baş katib cari və gələcək fəaliyyətlər barədə məlumat vermişdir. Baş katib və qazax parlamentari beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulamış və üzv ölkələr arasında xüsusi diqqət tələb edən iqtisadiyyat, ticarət, mədəni, humanitar, təhsil və kibertəhlükəsizlik kimi əməkdaşlıq sahələrini qeyd etmiş, eləcə də digər aktual məsələlər barədə fikir mübadiləsi aparmışdır.