Baş katib PAİ-nin Baş katibi ilə görüşüb
Tarix
Baxış
4
21 oktyabr 2025-ci il tarixində, İsveçrənin Cenevrə şəhərində, Baş katib səfir Ramil Həsən Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyası çərçivəsində PAİ-nin Baş katibi cənab Martin Çunqonq ilə görüşüb.
Cənab Çunqonq Baş katib Ramil Həsəni vəzifələrinin icrasına başlaması münasibətilə təbrik edib və ona fəaliyyətində davamlı uğurlar arzulayıb.
Baş katib cənab Çunqonqa xoş sözləri üçün minnətdarlığını bildirərək, gələcək əməkdaşlıq perspektivləri və iki qurum arasındakı əlaqələrin daha da gücləndirilməsi ilə bağlı fikirlərini səsləndirib.
PAİ-nin Katibliyinin geniş təcrübəsini nəzərə alaraq, TÜRKPA Baş katibi TÜRKPA Beynəlxalq Katibliyinin əməkdaşlarının PAİ-də qısamüddətli peşəkar təlim proqramında iştirak imkanlarının araşdırılmasını təklif edib. Öz növbəsində, PAİ-nin Baş katibi bu təklifi məmnuniyyətlə qarşılayıb və onun həyata keçirilməsi sahəsində dəstəyini ifadə edərək iki qurum arasındakı ikitərəfli əməkdaşlığın bütün istiqamətlərində hər zaman dəstək verməyə hazır olduğunu təsdiqləyib.
Cənab Çunqonq, həmçinin Qırğızıstanın PAİ-nin işində və fəaliyyətində fəal iştirakının təmin edilməsi istiqamətində TÜRKPA-nın dəstəyinin əhəmiyyətini də qeyd edib.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıb, parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, parlament diplomatiyası sahəsində təcrübə mübadiləsi və iki qurum arasındakı dialoqun inkişaf etdirilməsi məsələlərinə diqqət yetirib.
Baş katibi onun müavini Talqat Aduov müşayiət edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026