TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Baş katib Özbəkistanın mədəniyyət və turizm naziri ilə görüşüb

Baş katib Özbəkistanın mədəniyyət və turizm naziri ilə görüşüb

Tarix
Baxış
3
18 iyun 2023-cü il tarixində TÜRKSOY-un yaradılmasının 30-cu ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Baş katib Mehmet Süreyya Er Özbəkistan Respublikasının mədəniyyət və turizm Naziri Ozodbek Nazarbekov ilə görüşmüşdür. Nazir Nazarbekov Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ölkənin türk dünyası ilə əlaqələrin hərtərəfli inkişafında maraqlı olduğunu dəfələrlə bəyan etdiyini qeyd etmişdir. Nazir, müasir texnologiyaların inkişaf tempini nəzərə almaqla, türk dünyasının adət və ənənələrinin qorunması, inkişafı və təbliğinin əhəmiyyətini vurğulamışdır. O, həmçinin TÜRKPA çərçivəsində əməkdaşlığın vacibliyini qeyd etmişdir. Baş katib, öz növbəsində naziri TÜRKPA-nın fəaliyyəti, xüsusilə də əməkdaşlığın müxtəlif sahələrini əhatə edən daimi komissiyaların işi, eləcə də model qanunların hazırlanması prosesi barədə məlumatlandırmışdır. Tərəflər qarşılıqlı fəaliyyətin vacibliyini vurğulamış və gələcəkdə əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını ifadə etmişdir.