TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Baş katib Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini ilə görüşüb

Baş katib Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini ilə görüşüb

Tarix
Baxış
3
24 oktyabr 2025-ci il tarixində Baş katib səfir Ramil Həsən Ankara şəhərində Ədalət və İnkişaf Partiyasının (AK Parti) qərargahında Partiya sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin Bursa millət vəkili Efkan Ala ilə görüşüb. Görüşdə tərəflər TÜRKPA ilə Türkiyə Böyük Millət Məclisi arasında davam edən əməkdaşlıq, eləcə də türk dövlətləri arasında parlamentlərarası dialoqun gücləndirilməsinə yönəlmiş gələcək təşəbbüsləri müzakirə ediblər. Baş katib Ramil Həsən Türkiyənin TÜRKPA-ya davamlı dəstəyini vurğulayıb və Efkan Alaya təşkilatın cari fəaliyyəti və qarşıda duran layihələr barədə məlumat verib. Baş katibi onun müavinləri Talqat Aduov və Muhammet Alper Hayali müşayiət ediblər.