Baş katib Cenevrədə PAİ-nin 151-ci Assambleyasında çıxış edib
Tarix
Baxış
3
Bu gün, 22 oktyabr 2025-ci il tarixində, Baş katib səfir Ramil Həsən Cenevrədə keçirilən Parlamentlərarası İttifaqının (PAİ) 151-ci Assambleyasında “Humanitar normaların qorunması və böhran dövründə humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda çıxış edib.
Çıxışında cənab Həsən vurğulayıb ki, humanitar normaların pozulması bu gün dünyada ən ciddi qlobal problemlərdən biri olaraq qalmaqdadır. O qeyd edib ki, silahlı münaqişələr, iqlim dəyişikliyi və genişmiqyaslı miqrasiya şəraitində əhalinin ən həssas qruplarının müdafiəsi ilə bağlı məsuliyyət bütün dövlətlərin və parlamentlərin üzərinə düşür.
Humanitar öhdəliklərin həyata keçirilməsində parlamentlərarası əməkdaşlığın vacib rolunu önə çəkən Baş katib bildirib ki, mövcud qlobal vəziyyət humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi istiqamətində birgə və ardıcıl addımların atılmasını tələb edir.
“Yalnız birgə səylər vasitəsilə biz humanitar öhdəlikləri real və təsirli tədbirlərə çevirə bilərik,”- deyə cənab Həsən vurğulayıb.
O, həmçinin TÜRKPA-nın PAİ və digər beynəlxalq parlament platformaları ilə əməkdaşlığın dərinləşdirləşdirilməsi, dialoqun inkişaf etdirilməsi və qlobal humanitar problemlərə ortaq yanaşmaların təşviqini davam etdirməyə hazır olduğunu bildirib.
Baş katib TÜRKPA-nın 2011-ci ildən etibarən PAİ-nin fəaliyyətində müşahidəçi qismində iştirak etdiyini, regional və beynəlxalq parlament təşkilatları ilə konstruktiv əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verdiyini xatırladıb.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026