TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Baş katib Bakıda keçirilən Parlamentlərarası Konfransda iştirak edib

Baş katib Bakıda keçirilən Parlamentlərarası Konfransda iştirak edib

Tarix
Baxış
3
2 may 2024-cü il tarixində Baş katib Mehmet Süreyya Er Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan Parlamentlərarası Konfransda iştirak edib. Tədbir “Mədəni irsin qorunmasında qanunverici orqanın rolu və qabaqcıl təcrübələri” mövzusunda baş tutub. Konfransda parlament sədrləri, sədr müavinləri və üzvləri, hökumət rəsmiləri, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova açılış nitqində konfransın mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, irsin qorunması və nəsillərə ötürülməsi üçün düzgün institusional və qanunvericilik yanaşmalarına ehtiyac olduğunu qeyd edib. Tədbir nümayəndə heyətlərinin rəhbərlərinin və nümayəndələrinin çıxışları ilə davam edib. İştirakçılar ən yaxşı təcrübələri bölüşərək, mədəni irsin qorunmasının və inklüzivliyinin təşviqinin müxtəlif aspektlərinə toxunublar. Konfransda Baş katib Mehmet Süreyya Er də çıxış edib. Baş katib konfrans zamanı müzakirələrin mədəni müxtəlifliyin, tolerantlıq dəyərlərinin, qarşılıqlı hörmət və anlaşmanın təşviqinə töhfə verəcəyinə inamını ifadə edib. O, mədəni irsin qorunmasının hüquqi və siyasi çərçivəsinin formalaşdırılmasında, gələcək nəsillərə çatdırılmasında parlamentlərin mühüm və xüsusi rolunu vurğulayıb. Mədəni irsin təbliğində, mədəni əməkdaşlığın və mədəniyyətlərarası dialoqun gücləndirilməsində parlament diplomatiyasının rolundan danışan Baş katib, TÜRKPA çərçivəsində əməkdaşlıq mexanizmləri vasitəsilə mədəni irs sahəsində həyata keçirilən fəaliyyətlər barədə məlumat verib.