Baş katib Azərbaycan Parlamentinin komitə sədri ilə görüşüb
Tarix
Baxış
3
8 dekabr 2023-cü il tarixində Baş katib Mehmet Süreyya Er Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ilə görüşüb.
Türk dünyası kimi geosiyasi fenomenin əhəmiyyətini vurğulayan cənab Seyidov, TÜRKPA-nın türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən cənab Er, bu kontekstdə türk əməkdaşlığının parlament ölçüsü kimi TÜRKPA-nın əhəmiyyətini vurğulayıb.
Tərəflər Assambleya çərçivəsində əməkdaşlığın aspektlərini müzakirə ediblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026