TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Baş katib Astanada Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının Baş direktoru ilə görüşüb

Baş katib Astanada Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının Baş direktoru ilə görüşüb

Tarix
Baxış
3
17 oktyabr 2025-ci il tarixində Qazaxıstanın Astana şəhərində Baş katib səfir Ramil Həsənin rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyəti Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının Baş direktoru səfir Berik Arına nəzakət ziyarəti edib. Cənab Arın səfir Ramil Həsəni Baş katib vəzifəsinə başlaması münasibətilə təbrik edib, onun peşəkarlığını və Türk dünyasının birliyi və inteqrasiyasının möhkəmləndirilməsinə verdiyi dəyərli töhfələrini vurğulayıb. Görüş zamanı Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının Baş direktoru TÜRKPA nümayəndə heyətinə təşkilatın missiyası, strukturu və əsas proqramları barədə məlumat verib. Cənab Həsən səmimi qarşılanmaya görə cənab Arına təşəkkür edib və fikir mübadiləsinin səmərəliliyi və görüşün konstruktiv xarakter daşımasından məmnunluğunu ifadə edib. Tərəflər hər iki təşkilatın fəaliyyəti çərçivəsində birgə təşəbbüslərin araşdırılması barədə razılığa gəliblər. Baş katibi görüşdə onun müavinləri Talqat Aduov və Muhammet Alper Hayali, həmçinin Komissiya katibi Aynurə Abutalıbova müşayiət edib.