TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Baş katib Aralıq Dənizi Ölkələri Parlament Assambleyasından olan həmkarı ilə videogörüş keçirib

Baş katib Aralıq Dənizi Ölkələri Parlament Assambleyasından olan həmkarı ilə videogörüş keçirib

Tarix
Baxış
2
10 sentyabr 2020-ci il tarixində Baş katib Altınbek Mamayusupov Aralıq Dənizi Ölkələri Parlament Assambleyasının Baş katibi Sergio Piazzi ilə videogörüş keçirmişdir. Hər iki baş katib təşkilatları barədə məlumat vermiş və terrorizmə qarşı mübarizə, təcrübə mübadiləsi proqramları, tədqiqat xidmətləri sahəsində qarşılıqlı fəaliyyət, kiçik və orta biznesə dəstək və COVID-19 pandemiyası zamanı insanların hərəkəti kimi qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparmışdır. Tərəflər Assambleyalar arasında gələcək əməkdaşlıq imkanlarını müzakirə etmiş və Anlaşma Memorandumu layihəsinin hazırlanması üçün əməkdaşlıq etmək barədə razılığa gəlmişdir.